Güney Azərbaycanın müxtəlif bölgələrində və Urmu gölü ətrafında ekoloji fəlakətlə bağlı aksiyalar davam edir.
Fəallar beynəlxalq ictimaiyyətin və ekoloqların baş verən fəlakətə diqqətini cəlb etmək üçün banner üzərində ingiliscə #SAVELAKEURMIA (Urmu gölünü xilas edin) yazılıb.
Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmu gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə iyulun 18-dən “Urmu gölünün xilası üçün kampaniya” adı altında kampaniya başladılıb.
Onlar sosial mediadakı paylaşımlarında Urmu gölünün artıq məhv olmaq üzrə olduğunu yazıb, hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını vurğulayıblar.
Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.