Urmu gölünün quruması İran və regionda ən böyük ekoloji böhranlardan biri hesab olunur.
Bu böhran ətraf mühit, ictimai sağlamlıq, iqtisadiyyat, cəmiyyət və hətta milli təhlükəsizlik sahələrində geniş fəsadlara səbəb olacaq”,- o xəbərdarlıq edib.
Onun sözlərinə görə, bundan sonra Qərbi və Şərqi Azərbaycan əyalətləri və başqa bəzi qonşu əyalətlər keçmişdən daha isti və quru iqlimlə üzləşəcək.
“Böhran təkcə sağlamlıq problemlərinin artması ilə bitmir. Su ehtiyatlarının məhvi regionun əkinçilik və heyvandarlığını praktiki olaraq iflic vəziyyətinə salıb. Əsrlər boyu əkinçilik və heyvandarlıqla məşğul olan sakinlərin əsas dolanışığı indi məhv olmaq təhlükəsi qarşısındadır”,- Şəriəti əlavə edib.
Qeyd edək ki, son məlumatlara görə, Urmu gölü tamamilə quruyub və peyk görüntülərində müşahidə olunmur.
İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün qısa müddətdə bərpası olduğunu bildirmişdi.