Zəlzələlərin Proqnozlaşdırılması Mərkəzinin rəhbəri Urmu gölünün quruması ilə Azərbaycanda baş verən zəlzələlər arasında əlaqə olduğunu açıqlayıb.
Urmu gölünün quruması ilə bu bölgədə zəlzələlərin baş verməsi arasında mümkün əlaqəyə toxunan Mehdi Zari məsələni belə izah edib: Urmu gölündə seysmikliyin artması bu su hövzəsinin son 27 ildə quruması ilə bağlıdır.
Mehdi Zari 2023-ci il yanvar 28-də Xoyda baş verən zəlzələni də gölün quruması nəticəsində baş verdiyini bildirib.
Xatırladaq ki, həmin zəlzələ nəticəsində, rəsmi rəqəmlərə görə, 2 nəfər həyatını itirmişdi.