NASA Urmu gölünün vəziyyətini əks etdirən 11 sentyabra olan peykdən çəkilən fotosunu yayıb.
Fotodan gölün demək olar ki, tamamilə quruduğu və yalnız onun şimal hissəsində kiçik bataqlıq sahəsinin qaldığı məlum olur.
Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji su həcmi isə 15,5 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
Hazırda Urmu gölünün sahəsi 682 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 700 milyon kubmetrdən azdır.