Urmu gölünün ekoloji vəziyyəti ilə bağlı yayılan son məlumata əsasən göldə suyun səviyyəsinin normal ekoloji vəziyyəti ilə müqayisədə dəfələrlə az olduğu məlum olub.
Məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyard 240 milyon kubmetrdir.
Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,13, gölün sahəsinin isə 930 kvadrat kilometr olduğu bildirilib.
Gölün vəziyyətinin yanvarın əvvəli ilə müqayisədə dəyişmədiyinə baxmayaraq, İran mediası Urmu gölündə canlanma qeydə alındığını iddia edib.
Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.