Urmu Şəhər Şurasının qərarı ilə şəhərin qədim məhəllələrində əski türk adları olan lövhələr yerləşdirilməyə başlanılıb.
İclasda, həmçinin “Əhəndost-Şura-Vərzeş” kəsişmə körpüsünün tikildikdən sonra Azərbaycan musiqisinin böyük simalarından olan Səfiəddin Urməvi şərəfinə adlandırılması qərara alınıb.
Digər mühüm qərar, Salmas yoluna xalq qəhrəmanı Kazım Xan Quşçunun adının verilməsidir. Onun hava limanı meydanında heykəlinin ucaldılması da planlaşdırılır.
Qeyd edək ki, Urmu Bələdiyyəsi də 2014-cü ildə də Urmu şəhərində bəzi küçə və yerlərin türkcə adlarını bərpa etmiş və şəhərin hər yerində bu yerlərin tarixi-türk adları həkk olunmuş lövhələr quraşdırmışdı.