Noyabrın 14-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində sürücülər etiraz aksiyası keçiriblər.
Şəhər daxili mikroavtobus sürücüləri əyalətin Yollar və Nəqliyyat İdarəsinin qarşısına toplaşıblar.
Onlar hökumətin təyin etdiyi aylıq yanacaq kvotasının azaldıldılmasına etirazlarını bildiriblər.
Qeyd edək ki, hər mikroavtobus üçün nəzərdə tutulan aylıq 1000 litr yanacaq kvotası 790 litrə endirilib.
Sürücülər bunun ehtiyaclarını ödəmədiyini və azad bazardan baha qiymətə yanacaq almaq məcburiyyətində qaldıqlarını deyirlər.