İran Voleybol Liqasının 12-ci həftəsində Urmu şəhərinin “Şəhrdari” voleybol komandası Yəzdin “Şahdab” komandasını 3:2 hesabı ilə məğlub edib.
Zala toplaşan Urmu komandasının azərbaycanlı tərəfdarları “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Təbriz elə Urmudu, hamı Traktorçudu!” şüarları sələndiriblər.
Bu şüarlar Qərbi Azərbaycana sonradan köçürülmüş etnik mühacirlərin Azərbaycan torpaqlarına iddialarına cavab olaraq səsləndirilib.