28 şəhərdən 352 əsərin qatıldığı V Təbriz Milli Muğam Festivalı başlayır
“Novruz bayramında novruz səyyahlarını və turistləri qarşılamaq üçün 330 proqram təşkil olunub və bu proqramlarda muğam musiqisi sahəsində sənətkarların imkanlarından da istifadə olunub. Təbrizdə keçirilən Muğam Musiqisi Gecəsində çoxsaylı proqramlar təşkil olunacaq ki, insanların çoxu tədbirdə iştirak edə bilsin. Statistika və rəqəmlər beşinci milli muğam musiqisi festivalında sənət adamlarının və gənclərin iştirakının artdığını göstərir. Muğam musiqisi mədəniyyətimizin bir hissəsidir, Şərq musiqisinin və muğam musiqisinin mənşəyi Azərbaycandır.” – deyə Qulamrza Mirzəzadə bildirib.
Qeyd edək ki, beşinci dəfə keçirilən Milli Muğam Festivalı aprelin 12-dən 16-dək canlı ifalar həyata keçiriləcək.