Fars molla rejimi insan haqları və milli azadlıq uğrunda mübarizəyə qarşı öz iyrənc terror siyasətini davam etdirir. Bu dəfə Günaz.TV-nin rəhbəri, Güney Azərbaycan davasını aparan Əhməd Obalı ABŞ-ın Kaliforniya ştatında terror hücumuna məruz qalıb. Hazırda onun durumunun orta ağır olduğu bildirilir. Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi bu hadisəni qətiyyətlə pisləyir. Obalıya qarşı bu alçaq cinayəti edənlərin ABŞ-ın hüquq mühafizə orqanları təfərindən cəzalandırılacağını əminliyimizi ifadə edərək, bu kimi zorakılıqların haqq mübarizəmizi dayandırmayacağını bəyan edirik.