Xoy mahalında su qıtlığı yaranıb

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin Xoy mahalında su qıtlığından kənd təsərrüfatı və əkin sahələri məhv olur.

Bu barədə bölgənin sosial media fəalları və yerli əhali paylaşımlar ediblər.

Onlar əlaqədar dövlət qurumlarına müraciətlərin cavabsız qaldığına görə  Regional Su Şirkəti və Urmiyadakı əyalət valiliyinin binası qarşısında etiraz aksiyası keçirməyə hazırlaşdıqlarını bildirblər.

Bir müddət əvvəl Xoy şəhərində su qıtlığına  etiraz olaraq fərmandarlıq binasının qarşısında aksiya keçirilib.

Qeyd edək ki, bir sıra ekoloq və mütəxəssislər İran hökumətinin yanlış idarəetmə üsülu nəticəsində bu ölkədə su böhranının başladığını, yeraltı su qaynaqlarının 55 faizinin tükəndiyini bildirirlər.

Onların fikrincə,  qarşıda gözlənilən su müharibələrində İran məcburi olaraq ön sıralarda olacaq.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK