Yolunu davam etdirəcəyik – Öldürülən azərbaycanlı gəncin bacısı

by Samir Asadli

Oktyabrın 31-də Güney Azərbaycanın Qəzvin əyalətindən olan və 2022-ci ilin sentyabr etirazları zamanı öldürülən azərbaycanlı gənc Cavad Heydərinin doğum günü keçirilib.

Bu barədə onun bacısı Fatimə Heydəri özünün sosial media hesabında paylaşım edib.

“Həyatda olmayan birinin doğum gününü keçirmək çox acı və kədərlidir, sanki Cavad qulağıma ölmədiyini pıçıldayır. ad günün mübarək olsun əziz və qəhrəman qardaşım, söz verirəm ki, yolunu davam etdirəcəyik”,- o, yazıb.

Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.

Onun bacısı Fatimə Heydəri, atası, anası və başqa 3 qardaşı məsələni ictimailəşdirdiklərinə görə təzyiqlərə məruz qalb, həbs ediliblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK