Futzal üzrə “Arman Zəncan” və “Ərşiya Azərbaycan Səhre qods” komandaları arasında keçirilən oyunda Zəncan vətəndaşları milli şüarlar səsləndiriblər.
Oyun əsnasında “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Zəncanlılar var olsun, istəməyən kor olsun”, “Yaşasın Zəncan” şüarları səsləndirilib.
Bundan başqa Zəncan azarkeşləri qarşılaşma zamanı Tıraxtur komandasının bayraqlarını qaldırıblar.
Xatırladaq ki, Zəncan azarkeşləri bir müddət əvvəl həmin stadionda “Urmu, Təbriz, Ərdəbil – Bu səs Zəncandan gəlir” şüarları da səsləndirmişdilər.