“20 Yanvar-qanla yazılan istiqlal tarixi” 

by Samir Asadli
Azərbacan Bütövlük Platforması  20 Yanvar hadisələrinin ildönümünə həsr edilmiş
“20 Yanvar-qanla yazılan istiqlal tarixi”  mövzusunda tədbir keçirib. Tədbirə bir çox siyasi partiyaların və təşkilatların nümayəndələri qatılıb.
Giriş sözü ilə çıxış edən ABP sədri Bəhram İsmayıl 20 Yanvar gününün tariximizdəki yeri haqda məlumat verib.
Daha sonra “20 yanvar ictimai birliyi” sedrinin müavini Sahib Əlizadə rus ordusunun 90-cı ildə Bakıda törətdiyi qətliam haqda danışıb.
Azərbaycan Xalq Hərəkatının aparıcı şəxslərindən olan AXP sədri Pənah Hüseyn 20 Yanvar hadisələrinin siyasi aspektləri, bu hadisələrin bütövlükdə sovet imperiyasının dağılmasında rolu haqda çıxış edib.
Sonra çıxış edən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi” nin sədri Radə Abbas,  QHT sədri Rizvan Talıbov, Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa, Milli Hərəkatın öncüllərindən Bünyamin Qənbərli, AMİP Siyasi Şurasının üzvü Teyyib İsmayıl və digərləri  çıxış edərək 1990-cı il 20 Yanvar hadisələrinin istiqlal tariximizdəki yeri və rolu haqda danışlblar.
Tədbir tarixçi-alim, prof. Boran Əzizin çıxışı ilə başa çatıb.
326022584_2967362716898222_4193056841143635799_n
325678182_5371272409645279_2959484556355819960_n
326016050_854174992306154_6854814511703750362_n

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK