“Biz dilimizin keşiyində dayanmırıq”

by Samir Asadli

Aprelin 1-dən Rusiyada qüvvəyə minən qanuna görə, miqrantların övladları məktəblərə daxil olmazdan əvvəl rus dili üzrə imtahandan keçməlidirlər. Yenilik bütün yaş qruplarını əhatə edir – test tələbləri uşağın daxil olduğu sinifdən asılı olaraq dəyişir.

Beləliklə, birinci sinif şagirdləri şifahi müsahibədən keçməli olacaqlar. Orta məktəb şagirdləri isə həm şifahi, həm də yazılı imtahandan keçəcəklər.

Bu, elə bir dövrdə baş verir ki, Rusiya özü Qafqaz respublikalarında, eləcə də Orta Asiya ölkələrində rus dilinə xüsusi status tələb edir, rusdilli məktəblərin, rus dili bölmələrinin artmasına, ən azı azalmamasına çalışır. Özü keçmiş postsovet ölkələrində ruscanın dominant dil olmasına cəhd göstərən Kreml öz ölkəsi daxilində şagirdlərin dil bilgisinin daha mükəmməl olmasını təmin etmək fikrindədir.

Mütəxəssislər bu ayrı-seçkiliyə nə deyir? Keçmiş SSRİ respublikaları Rusiyanın dil sanksiyasına simmetrik cavab verməlidir, yoxsa rusifikasiyanın yenə dalğasına hazırlaşmalıdır?

Sabir Rüstəmxanlı sirləri açdı: "Bunu Tənzilə xanıma mən məsləhət görmüşəm" - Globalinfo.az

 Sabir Rüstəmxanlı 

Mövzu ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb: “Fikrimcə, Rusiyanın tutduğu bu yol doğru yoldur. Yəni əgər bir şəxs miqrant olaraq Rusiyaya gedib orada yaşayacaqsa, həmin ölkənin dilini öyrənməlidir. Eyni prinsip bizə də aiddir. Biz dilimizin keşiyində dayanmırıq, onu qorumaq istəmirik və yaxud öz uşaqlarımızı rus dilində və ya digər dillərdə oxutdururuq, buna görə də Rusiyanın atdığı bu addım bizə qəribə gəlir. Halbuki bu, normal addımdır.

Miqrantların övladları Rusiyada yaşayacaq, orada oxuyacaq, təhsil alacaq. Onların cəmiyyətə inteqrasiya olunması, həmin mühitə uyğunlaşması üçün rus dilini yaxşı bilməsi vacibdir”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK