Güneyli jurnalist saxlanılıb

by Samir Asadli

İran İslami Şura Məclisinə deputat seçkilərində iştirak faizinin az olduğu ifşa olunub.

Məlumata əsasən Təbriz şəhəri sakini jurnalist Cavad Ağacannijad ötən seçkilərdə daha çox seçicinin iştirak etdiyini qabartdığına görə təhlükəsizlik məmurları tərəfindən hücuma məruz qalaraq saxlanılıb.

Jurnalist instaqramda canlı olaraq seçkilərin bitməsinə yarım saat qalarkən Təbriz şəhəri Valiliyinin məntəqədə təmsilçisi Abdulla Xeyyiri Azərdən seçkilərdə iştirak barədə müsahibə alıb.

Ağacannijad təmsilçidən Təbriz şəhəri İmam Rza Məscidi Seçki Məntəqəsində “bu anadək neçə seçki vərəqinin seçicilər tərəfindən istifadə olunduğunu” soruşub.

“505 seçki vərəqəsi”- deyərək təmsilçi cavab verib.

Jurnalist sualının davamında ötən seçkilərdə nə qədər seçki vərəqinin istifadə olunduğunu soruşub.

Xeyyiri Azər cavab verib: “1300 seçki vərəqi”

Təbriz şəhəri Valiliyi təmsilçisinin bu təsadüfi ifşası və müsahibənin müqayisə xarakteri daşığıdığına görə məmurlar təbrizli jusrnlistə hücum edərək Təhlükəsizlik İdarəsinə aparılıb.

Qeyd edək ki, hər bir seçki məntəqəsində iştirak faizinin göstəricisi ölkə üzrə nümunə kimi qiymətləndirilir.

İran mediasındakı məlumata əsasən martın 1-də keçirilən seçki müddəti axşam saat 6-da bitəcəyi halda 3 dəfə – birinci saat 20-dək, sonra saat 22 və üçüncü dəfə saat 24-dək uzadılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK