Güneyli vəkillərə qarşı təzyiqlər davam edir

by Samir Asadli

24 yanvar “Təhlükədə olan Vəkillər Günü” ilə bağlı paylaşım edən güney azərbaycanlı vəkil Sina Yusifi İranda və Güney Azərbaycanda vəkillərə qarşı təzyiqlərin artdığını yazıb.

Sina Yusifi özünün Tvitter səhifəsində  İranda vetiraz aksiyalarının başladığı son 4 ay ərzində 50 vəkilin həbs edildiyini bildirib.

O, bununla yanaşı Şərqi Azərbaycan əyalətində fəaliyyət göstərən 65 vəkilin məhkəmə sisteminin təhlükəsizlik bölməsinə çağrılaraq onlardan yazılı öhdəlik götürmələrinin tələb olunduğunu qeyd edib.

Qeyd edək ki, həbs edfilən vəkillərin içində Şərqi Azərbaycan əyalətindən olan 5 vəkilində adı var və onlar saxta ittihamlarla həbs və xərimə cəzalarına məhkum ediliblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK