Macarıstan Azərbaycanın Aİ-də ən etibarlı tərəfdaşlarından biridir

by Samir Asadli

Ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib ki, Macarıstan Avropa İttifaqı Şurasının sədri kimi sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləyəcək.

Peter Siyarto Avropa Sülh Fondunun Ermənistana 10 milyon dollarlıq yardımı məsələsinə də toxunub. Vurğulayıb ki, eyni məbləğdə yardım Azərbaycana da göstərilməlidir. Macarıstan bir neçə həftə əvvəl razılaşdırılmış Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım göstərilməsi layihəsinə veto qoymuşdu.

Siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a bildirib ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunan Macarıstan həm də istər beynəlxalq platformalarda, istərsə də müxtəlif formatlı görüşlərdə daim türk dünyası ilə bağlı məsələlərdə obyektiv mövqe nümayiş etdirir.

Onun sözlərinə görə, Macarıstan Avropa İttifaqının yeganə ölkəsidir ki, türk ölkələri ilə sıx əməkdaşlıq kursu götürüb və Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi daxil olub:

“Macarıstanın baş nazirinin qeyd etdiyi kimi, “macarlar qıpçaq türkləridir, Macarıstan isə xristian türklərin torpağıdır”. Heç şübhəsiz bu məqamlar Azərbaycanla münasibətdə də öz müsbət təsirini göstərir”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir.

Samir Əsədli: Azərbaycanla Macarıstan arasında ali səviyyədə dialoq mövcuddur

“Macarıstanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindəndir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Bütün bunların fonunda Avropa İttifaqı Şurasının sədri kimi Macarıstanın Azərbaycanın mövqeyini müdafiə etməsi gözləniləndir və bu proses davamlı olacaq”, – deyə Samir Əsədli qeyd edib.

Aydın Baxış

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK