Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin yaxınlığında tarixi “Dəm-Dəm” qalasında qanunsuz qazıntı işləri aparılan zaman dinamitlərdən istifadə edilib.
Bildirilib ki, qazıntı işləri 7 nəfərdən ibarət tarixi əsər qaçaqmalçısı tərəfindən həyata keçirilib.
Partlayıcı maddələrdən istifadə nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.
Məlumata görə, qaçaqmalçılar saxlanılıb, barələrində cinayət işi açılıb.
Eradan əvvəl 1-ci minilliyə aid olan “Dəm-Dəm” qalası Səfəvilər dövründə Əmirxan Bradot tərəfindən yenidən qurularaq istifadə edilib.
Hazırda baxımsız və qorunmasız qaldığı üçün tarixi abidənin çox hissəsi dağılıb.