Xalq şairi Sabir Rüstəmxanlının müəllifi olduğu “Vətəndaşlığın əlifbası” verilişinin budəfəki buraxılışı analara həsr olunub.
Müəllif 11 il əvvəl vəfat edən anasının sandığını tapıb, orada uşaqlığından gənclik dövrünə qədər olan bütün külliyatı ilə qarşılaşıb.
Bu gözlənilməz tapıntı Xalq şairini heyrətə salıb. Çünki sandıqda onun hətta çoxdan unutduğu əsərləri, məktubları da var. Onu heyrətə salan digər məqam isə kiril əlifbasını belə bilməyən bir ananın övladının yazılarına bu qədər həssas yanaşmasıdır. Üstündə cızma-qarası olan ən adi vərəqləri belə on illər boyu qoruyub-saxlayıb.
Həmin verilişi təqdim edirik.