Tahir Nəqəviyə Evin həbsxanasında hücum edilib

by Samir Asadli

Azərbaycanl Türk vəkil və siyasi məhbusu Tahir Nəqvəinin ailəsinə yaxın mənbələrdən verilən bilgiyə görə, Tahir Nəqəvi Evin həbsxanasında bir qrup məhbus tərəfindən fiziki hücum, təhdid və təxribat xarakterli davranışlarla üzləşib.

Xəbərə görə, Azərbaycan milli hökumətinin qurulmasının və süqutunun ildönümü ilə eyni vaxtda Zarei (yaxud Zareani) adlı şahçı məhbuslardan biri Evin həbsxanasının 8-ci palatasinda şirniyyat paylamağa başlayıb və bu hadisəni “İranın xilası və monqolların məğlubiyyəti” adlandırıb. Təhrik məqsədi ilə Taher Nəqviyə yaxınlaşaraq “Sən separatçısan, bizim İranda türk yoxdur” deyərək təhqirə keçib və fiziki münaqişə yaradıb.

Digər məhbusların müdaxiləsi ilə sona çatan bu qarşıdurma 8-ci palatanın idman salonunda bir neçə irqçi və şahçı məhbus tərəfindən türklərə qarşı şüarlar və cənab Naqəvinin separatçı adlandırması ilə təkrarlanıb.

Fəalın ailəsi onun səhhəti və təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib və bu təhlükəli vəziyyətə son qoyulması üçün təcili tədbir görülməsini tələb edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK