İranda media işçilərinə təzyiqlərin davamında “Fərdayi iqtisad” qəzetinin 4 jurnalisti Tehran şəhərinin polis təcridxanasına köçürülüb.
Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.
Mehrdad Əsgəri, Nikan Xəbbazi, Əli Təsnimi və Behzad Bəhmənnəjad fevralın 9-da təhlükəsizlik məmurlarının Tehranda “Fərdayi iqtisad” qəzetinin ofisinə basqını zamanı saxlanılmışdılar.
Onların nədə günahlandırıldıqları və həbs səbəbləri barədə açıqlama verilmir.
Qeyd edək ki, təhlükəsizlik məmurları fevralın 5-də “Fərdayi iqtisad” qəzetinin ofisinə basqın edib və orada olan 30 jurnalist 14 saat ofisdə saxlanılıb.
Fevralın 6-ı səhər saatlarında digər jurnalistlərin redaksiyadan çıxışına icazə verilib, ancaq yuxarıda adı çəkilən 4 jurnalist orada saxlanılıb və fevralın 9-da naməlum yerə aparılıb.