Tehranda türk adlarına qadağa qoyuldu

by Samir Asadli

Tehranda iş yerləri, o cümlədən şirkətlər, mağazalar, restoranlar və başqa ictimai yerlərə türk adlarının qoyulması qadağandır.

Bu barədə Tehran polisinin ictimai yerlərə nəzarət bölməsinin başçısı polkovnik Nadir Mradi açıqlama verib.

O, bildirib ki, bundan əvvəl verilən sərəncama görə, paytaxtda türk adlarından istifadə qadağan edilib və buna riayət edilməlidir.

Muradi, türk adlarından türklər yaşayan əyalətlərdə istifadə edilməsinin mümkün olduğunu deyib.

Qeyd edək ki, Nadir Mradinin iddiasının əksinə olaraq, Azərbaycan əyalətlərində də, türk adlarından istifadəyə məhdudiyyətlər tətbiq edilir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK