Türk dilində kitab payladıqlarına görə saxlanılan iki fəal Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb

by Samir Asadli

Fevral ayının 22-də Şərqi Azərbaycan vilayətinin Bostanabad (Ucan) şəhərində saxlanılan Müctəba Əbdüli və Mustafa Əbdüli bazar ertəsi günü Təbrizin mərkəzi həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi mənbələrin məlumatına əsasən, fəalların müvəqqəti azadlığı üçün hər birindən 500 tümənlik mülki zəmanət alınıb. Onların məhkəmə prosesi davam edəcək.

Hüquq müdafiəçiləri daha əvvəl Müctəba Əbdülinin Dünya Ana Dili Günü münasibətilə uşaqlara türk dilində kitab payladığı üçün Bostanabad şəhərində Sepahın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını bildirmişdilər.

 

Müctəba Əbdüli məktəbli uşaqlara kitab paylarkən
HRA agentliyinin xəbərinə görə, Mustafa Əbdüli də həmin gün saxlanılıbmış. Məmurlar həmçinin onun mağazasında kitab paylandığı üçün mağazanı da möhürləyiblər.

Keçən günlərdə İran Azərbaycanının müxtəlif şəhərlərində dil hüquqları sahəsində fəaliyyət göstərən fəallara qarşı təqib və təzyiqlərin artdığına dair xəbərlər yayılıb. Hüquq müdafiəçiləri, o cümlədən 21 fevral Dünya Ana Dili Günü münasibəti ilə bəzi şəhərlərdə türkcə kitab paylayan bəzi mədəni fəalların saxlanıldığı bildirilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK