Urmiya gölündəki suyun həcmi təxminən 4 milyard 20 milyon kubmetrə çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 milyard 850 milyon kubmetr, cari su ilinin əvvəli ilə müqayisədə isə təxminən 3 milyard 740 milyon kubmetr artım deməkdir.
“Son monitorinq nəticələrinə görə, Urmiya gölünün səviyyəsi 1271,05 metrə, su sahəsi təxminən 3080 kvadrat kilometrə çatıb”,- o əlavə edib.
Aprel ayından bəri Urmiya gölü hövzəsində orta yağıntı miqdarının təxminən 440 mm-ə çatdığını deyən İsapur, bunun gölün canlanmasında xüsusi rol oynadığını bildirib.
Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kibmetdir.