Çaylar üzərində qurulan 23 bənd gölün həyat xəttini kəsib!
Hazırda Urmu gölünün ümumi həcmindən cəmi 10%-i qalıb. Suyun səviyyəsinin belə azalması ciddi ekoloji və iqtisadi fəsadlar törədir və milyonlarla köçəri quşların və bölgə sakinlərinin həyatını təhlükə altına atır.
Qeyd edək ki, Urmiya gölünün qurumasının əsas amillərindən biri də onun su hövzəsi ərazisində 23 bəndin tikilməsidir.