Urmu gölündə su səviyyəsi artdı; rejimin illərləki səhlənkarlığı yenə ört-basdır edilir

by Samir Asadli

Güney Azərbaycanın həyati əhəmiyyət daşıyan Urmu gölündə yağıntıların artması fonunda su səviyyəsinin təxminən bir metr yüksəldiyi bildirilir.

Güney Azərbaycanın Qərbi hissəsində fəaliyyət göstərən ətraf mühit qurumunun rəhbəri Hücət Cəbbari deyib ki, göldə su səviyyəsi 1404–1405 su ilinin əvvəlindən bəri təxminən bir metr artıb.

Onun sözlərinə görə, bu artım “təsirli yağıntıların çoxalması və gölə tökülən çaylarda səthi axınların bərpası” ilə bağlıdır.

O, meteoroloji məlumatlara və su hövzəsində su buraxılışına dair xəritələrə istinad edərək bildirib: “Bu göstəricilərə əsasən, hazırda gölə daxil olan suyun davam edəcəyini və səviyyənin daha da yüksələcəyini proqnozlaşdırırıq.”

Cəbbari həmçinin Urmu Gölü Milli Parkında motorlu qayıqların fəaliyyətinin yenidən başladığını qeyd edib: “Suyun artması ilə qayıqlar yenidən hərəkət edə bilir və bu, mühafizəçilərin göldəki yaşayış adalarına gediş-gəlişini asanlaşdırır.”

Rəsmi media qurumları, o cümlədən dövlətə bağlı agentliklər bu artımı “iqlim və idarəetmə amilləri” ilə izah etməyə çalışır. Halbuki, son bir il ərzində Urmu gölünün real bərpası üçün heç bir ciddi addım atılmayıb və bu həyati su hövzəsi yenə də rejimin laqeyd siyasətinin qurbanı olaraq qalır.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK