Qərbi Azərbaycanın Urmu şəhərində aviareyslər dayandırılıb. Bu barədə Hava Limanlarının baş direktoru Məhəmmədəli Qaraməliki məlumat verib.
“Hava şəraiti, qar yağması və görmə məsafəsinin 300 metrdən aşağı düşməsi ilə əlaqədar Urmu hava limanından uçuşlar bu gün, yanvarın 5-də təxirə salınacaq”,-deyə, o bildirib.