Gülüstan sarayında Qacarlar dövrünə aid rəsm əsəri yenidənqurma adı altında tanınmaz hala salınıb.
Təmirçilər Dərnəyinin rəhbəri Fəthullah Niyazi məsələ ilə bağlı Həmmihan qəzetinə danışıb:
“Podratçıların seçilməsində rəsmi olmayan qurumlar və mafialar iştirak edir. Nəticədə mütəxəssis olmayan insanlar şəxsi əlaqələrdən istifadə edərək təmir layihələrini öz üzərlərinə götürürlər.” – deyə Fəthullah Niyazi bildirib.