Güneyli idmançı gənclərə nümunə göstərildi

by Samir Asadli

Güney Azərbaycanın Zəncan şəhərindənolan idmançı Elnaz Rekabi Dünya Qayaya Dırmanma Federasiyası tərəfindən Olimpiya Oyunlarına gənc nümunə kimi təqdim edilib.

Bu barədə federasiyanın yaydığı məlumatda bildirilib.

Azərbaycanlı idmançı 2022-ci ildə Cənubi Koreyada keçiriləcən Asiya çempionatının final mərhələsində hicabsız iştirak edib.

Rikabinin yarışmalarda hicabsız iştirakı ilə bağlı şəkillərinin yayılması iranlı gənclər arasında rəğbətlə qarşılaşıb.

Bu səbəbdən də Elnaz Rekabi 2022-ci ildə “BBC”nin tərtib etdiyi dünyanın 100 nüfuzlu qadını siyahısına daxil edilib.

Qeyd edək ki, Elnaz Rekabi, baş örtüyü olmadan yarışa qatılmaqla İranda hökumətin tətbiq etdiyi məcburi hicab qaydasına, molla rejimi tərəfindən qadınların öldürülməsi və həbsinə etiraz edib.

O, İrana qayıtdıqdan sonra hökumətin təzyiqləri ilə üzləşib və yarışarda iştirakına qadağa qoyulub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK