Azərbaycanlı vətəndaş fəalı Peyman İbrahimi bu gün, sentyabrın 20-də Təbriz İstintaq İdarəsinin 15-ci şöbəsinə getdikdən sonra həbs edilib və həbsxanaya köçürülüb.
Onun həbsinə səbəb kimi “rejim əleyhinə təbliğat” göstərilib.
Xatırladaq ki, azərbaycanlı fəal bundan əvvəl 2023-cü il avqustun 27-də atasının evində həbs edilmiş və iki aydan çox həbsxanada qaldıqdan sonra zaminə buraxılmışdı.
Həmin il dekabrın 11 və 13-də bu mülki fəalın ittihamları üzrə məhkəmə keçirilib və o, “hakim Həmlbər” tərəfindən “rejim əleyhinə təbliğat” və “rəhbəri təhqir etmək” ittihamı ilə ümumilikdə 22 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib.