Savalan dağını adı bərpa edilir

by Samir Asadli

Savalan dağını ilkin adı bərpa edilir.

Bu barədə Ərdəbil əyalətinin siyasi naibinin rəhbəri İbrahim İmami məlumat verib.

“Bu dağın ilkin adı Savalan olub, dağ Pəhləvilər dövründə Səbalan adlandırılıb və hazırda əyalət əhalisinin ictimai tələbi əsasında onun adının bərpası gündəmdədir.”

İbrahim İmaminin sözlərinə görə, Savalan dağının təbii abidə kimi dünya üzrə qeydiyyata alınması bu vilayətin mədəni və təbii imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynaya bilər.

Xatırladaq ki, İranda türklərin tarixini və kimliyini inkar etmək məqsədi ilə türk adlarının dəyişdirilməsi və təhrif edilməsi prosesi Pəhləvi dövründə başlamış və bu günə qədər davam edir. Son yüz ildə irqçi Pəhləvi və İslam Respublikası rejimləri Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində minlərlə türk adını təhrif edərək farscaya çeviriblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK