Bu gün dekabrın 27-də Təbrizin “Vadi rəhmət” qəbristanlığında Aylar Həqqinin 40 mərasimində 10-dan çox şəxs həbs edilib.
Yerli sosial media fəalları və insan haqları müdafiəçilərinin verdiyi məlumata görə, Aylar Həqqinin atası və anası da qəbristanlıqdan geri qayıtdıqları zaman saxanılaraq naməlum yerə aparılıblar.
Aylar Həqqinin atası 40 mərasimi zamanı qızının məzarı başında çıxış edərək hakimiyyəti tənqid edib.
Qeyd edək ki, noyabrın 16-ı axşam saatlarında Təbrizdə keirilən etiraz aksiyası zamanı Tibb Elmləri Universitetinin öyrəncisi, tələbə hərəkatı fəalı Aylar Həqqi hökumət məmurları tərəfindən öldürülüb.