Təbrizlilər etiraz aksiyası keçirdilər

by Samir Asadli

Təbrizin Mədəni şəhərciyinin sakinləri yenidən etiraz aksiyası keçiriblər.

Bu barədə etirazçılar sosial media şəbəkəsində paylaşmlar ediblər.

Təbriz bələdiyyə binası qarşısına toplaşan narazılar şəhərcikdə vacib infrastrukturun olmadığını bildiriblər.

Onların sözlərinə görə, minlərlə ailənin yaşadığı Mədəni şəhərciyində içməli su, qaz, elektrik enerjisi, yol və başqa vacib məsələlər həll olunmamış qalıb.

Etirazçıların sözlərinə görə, bundan əvvəl dövlət qurumlarının verdikləri vədlərin heç biri yerinə yetirilməyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK